logo

Salyanda kişinin küçədən tapdığı əşya əlində partladı

14:49 01-09-2019 | icon 3857
Salyanda kişinin küçədən tapdığı əşya əlində partladı

Salyanda bədbəxt hadisə baş verib.

 YeniAvropa xəbər verir  ki, hadisə bu gün səhər saatlarında Salyan şəhəri Qulu Əsgərov küçəsində qeydə alınıb.

Həmin ünvanda yaşayan Aləddin Abbasov Qasım oğlu küçədən tapdığı əşyanı yoxlayarkən əlində partlayıb. Nəticədə o, sol əlindən ciddi xəsarət alıb.

Yaralı dərhal Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Zərərçəkən cərrahiyyə şöbəsinə qəbul edilərək əməliyyat olunub.

Faktla bağlı araşdırma aparılır.