logo

Azərbaycanda bu gündən minimum əməkhaqqı artıb

11:42 01-09-2019 | icon 2506
Azərbaycanda bu gündən minimum əməkhaqqı artıb

Sentyabrın 1-dən Azərbaycanda minimum aylıq əməkhaqqı artıb.

YeniAvropa xəbər verir  ki, prezident İlham Əliyevin “Minimum aylıq əməkhaqqının artırılması haqqında” 2019-cu il 18 iyun tarixli sərəncamına əsasən minimum əməkhaqqı 250 manat məbləğində müəyyən edilib. Artım 950 minədək vətəndaşı əhatə edəcək.

Qeyd edək ki, minimum aylıq əməkhaqqı indiyədək 180 manat idi.