logo

“Qəbələ”nin baş məşqçisi Sənan Qurbanov istefa verib

21:43 31-08-2019 | icon 273
“Qəbələ”nin baş məşqçisi Sənan Qurbanov istefa verib

Azərbaycan Premyer Liqasının III turunun “Qəbələ” – “Keşlə” oyunundan (0:4) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Sənan Qurbanov istefa verib.

YeniAvropa "Qəbələ"nin rəsmi saytına istinadən xəbər verir  ki, klub rəhbərliyi 39 yaşlı mütəxəssisin istefasını qəbul edib.

Xatırladaq ki, 2012-ci ildə “Qəbələ”nin köməkçi məşqçisi təyin olunan Qurbanov 2018-ci ilin yayından baş məşqçi kimi çalışıb. Əvvəlcə komandanı baş məşqçi əvəzi kimi 3 matça çıxaran mütəxəssis ümumilikdə 43 oyunda bu vəzifəni yerinə yetirib. Komanda onun rəhbərliyi altında 15 qələbə qazanıb, 11 heç-heçə edib və 17 dəfə uduzub. “Qəbələ” S.Qurbanovun rəhbərliyi altında Azərbaycan kubokunun 2018-2019-cu illər mövsümünün qalibi olub.