logo

İran Xəzər dənizində hərbi təlim keçirəcək

20:35 31-08-2019 | icon 2716
İran Xəzər dənizində hərbi təlim keçirəcək

Yaxın günlərdə İran Xəzər dənizində geniş hərbi təlimlər keçirəcək.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu fikri İranın Hərbi Dəniz Qüvvələrinin komandanı, kontr-admiral Hüseyn Xanzadə jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, 4 gün davam edəcək təlimlər İranın ərazi sularında keçiriləcək. Təlimlərə hərbi gəmilərlə yanaşı, helikopterlər də cəlb olunacaq.

Kontr-admiral nəzərə çatdırıb ki, İran və digər Xəzəryanı dövlətlər arasında hərbi əməkdaşlığın genişlənməsi haqqında danışıqlar aparılır. Xəzəryanı dövlətlərin hərbi dəniz qüvvələrinin komandanlıqları arasında növbəti görüş sentyabrda Rusiyada olacaq.