logo

Hakimlərimiz Misir Kubokunun yarımfinal oyununu idarə edəcəklər

18:41 31-08-2019 | icon 3227
Hakimlərimiz Misir Kubokunun yarımfinal oyununu idarə edəcəklər

Misir Futbol Federasiyasının dəvətinə əsasən, FIFA referisi Əliyar Ağayevin rəhbərlik etdiyi hakimlər briqadası Misir Kubokunun yarımfinal mərhələsi çərçivəsində “Zamalek” və “İttihad” komandaları arasında keçiriləcək oyunu idarə edəcək.

YeniAvropa AFFA-ya istinadla xəbər verir ki, qarşılaşma sentyabrın 1-də İsmailia şəhərindəki eyniadlı stadionda təşkil olunacaq.

Əliyar Ağayevə Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Oyunun dördüncü hakimi Elçin Məsiyev olacaq.