logo

Xaçmazda keçmiş məhkumdan narkotik tərkibli bitkilər götürülüb

16:11 31-08-2019 | icon 2723
Xaçmazda keçmiş məhkumdan narkotik tərkibli bitkilər götürülüb

Narkotik vasitələrin qanunsuz dövriyyəsi, həmçinin kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkarlanması istiqamətində daxili işlər orqanları tərəfindən qətiyyətli tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Xaçmaz dəmir yolu stansiyasının ərazisində Ləcət kənd sakini, əvvəllər məhkum olunmuş V.Həsənova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 5 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.