logo

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb

11:29 31-08-2019 | icon 2478
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb

 Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilmiş 15 cinayətin üstü “isti izlər”lə açılıb. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindənYeniAvropa-ya bildiriblər ki,əvvəlki dövrlərdən bağlı qalmış 11 cinayətin açılması təmin olunub. 

Axtarışda olduğuna görə, ümumilikdə, 25 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 12 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

Respublikanın avtomobil yollarında 2 ağır yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 4 nəfər ölmüş, 4 nəfər xəsarət alıb. 

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb.