logo

Bakıda  “Azərbaycan Turizm Forumu 2019” keçiriləcək

13:10 31-08-2019 | icon 2646
Bakıda  “Azərbaycan Turizm Forumu 2019” keçiriləcək

Sentyabrən 18-də Bakıda "Boulevard Hotel"də ənənəvi  “Azərbaycan Turizm Forumu” keçiriləcək.

YeniAvropa xəbər verir  ki, bu barədə Azərbaycan Turizm Asossasiyasından bildirilib. Qeyd edilib ki, Forumun əsas missiyası Azərbaycanda fəaliyyət göstərən yerli idarəetmədə olan hotel və turizm agentliklərinin effektiv və uğurlu idarə olunmasının prinsiplərini bu sahənin mütəxəssisləri ilə birgə müzakirə etməkdir.

Artıq ənənə halını almış forumda  turizm mütəxəssisləri öz bilik və təcrübələrini bölüşür,  idarəetmədə professionallıq və digər aktual məsəsələr müzakirə edilir, gələcəkdə bu sahədə yeniliklərin tətbiq edilməsinə diqqət yetirilir.

Forumda “Turizmdə əlaqələr və daxili satış”,  “Turizmdə influenser marketinq”,  “Qastronomik turizm və onun inkişaf potensialı” , “Regionlarda turizmin inkişafına təkan verəcək yeni ideyalar” və s. mövzularda təqdimatların keçirilməsi planlaşdırılır.