logo

Ələt-Astara yolunda avtoqəza:3 nəfər ölüb, 4 nəfər isə xəsarət alıb

23:45 30-08-2019 | icon 2478
Ələt-Astara yolunda avtoqəza:3 nəfər ölüb, 4 nəfər isə xəsarət alıb

Ələt-Astara avtomobil yolunun Biləsuvar rayonundan keçən 80-ci km-də 3 avtomobilin toqquşması ilə nəticələnən ağır zəncirvari qəza baş verib.

YeniAvropa xəbər verir  ki, bu barədə "virtualaz.org" məlumat yayıb. Qeyd edilib ki,  1 TIR və 2 minik maşınının toqquşması nəticəsində azı 3 nəfər hadisə yerində dünyasını dəyişib , 4 nəfər isə xəsarət aldıqlarından Cəlilabad rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Hazırda qəzada ölənlərin və yaralıların şəxsiyyəti dəqiqləşdirilir.

Hadisə yerində tıxac yarandığından DYP əməkdaşları yolun açılması üçün tədbirlər görürlər.

Qəzanın təfərrüatları barədə əlavə məlumat veriləcək.