logo

Rusiya Zelenskini Moskvaya dəvət edəcək

23:19 30-08-2019 | icon 2408
Rusiya Zelenskini Moskvaya dəvət edəcək

Ukrayna prezidenti Vladimir Zelenski Qələbənin 75 illiyi ilə bağlı Moskvada keçiriləcək təntənələrə dəvət ediləcək.

YeniAvropa xəbər verir  ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib. Onun sözlərinə görə, 2020-ci ildə keçiriləcək təntənəli mərasimlərdə öz iştiraklarını artıq 17 ölkənin lideri, o cümlədən MDB-yə üzv dövlətlərin başçıları təsdiqləyib.

"ABŞ prezidenti də dəvət edilib, lakin hələ ki, rəsmi cavab verməyib",-deyə Yuri Uşakov bildirib.