logo

Qurban Qurbanov: Rəqiblərimizi daha yaxından təhlil etməyə çalışacağıq

22:52 30-08-2019 | icon 2940
Qurban Qurbanov: Rəqiblərimizi daha yaxından təhlil etməyə çalışacağıq

APOEL bizə tanış olduğundan bu komandanın oyununa bələdik. “Düdelanj” klubu ilə əvvəllər qarşılaşmışıq, amma həmin vaxtdan uzun müddət keçib. Onların ardıcıl olaraq qrup mərhələsində iştirakı uğurlarının təsadüfi olmadığının göstəricisidir.

YeniAvropa xəbər verir  ki, bu fikirləri UEFA Avropa Liqasının qrup mərhələsinin püşkünü dəyərləndirən “Qarabağ” komandasının baş məşqçisi Qurban Qurbanov  səsləndirib.

Baş məşqçi bildirib ki, “Sevilya” klubu isə Avropa Liqasını ən çox qazanmış kollektivdir : "Hələ vaxtımız var, rəqiblərimizi daha yaxından təhlil etməyə çalışacağıq".

Qeyd edək ki, avqustun 30-da UEFA Avropa Liqasının qrup mərhələsinin püşkü atılıb.

“Qarabağ” A qrupunda “Sevilya” (İspaniya), APOEL (Kipr) və “Düdelanj” (Lüksemburq) komandaları ilə mübarizə aparacaq.

Xatırladaq ki, “Qarabağ” cari avrokubok mövsümündə, UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində məhz APOEL-i keçə bilməyib (2:1, 0:2). Ağdam təmsilçisi “Düdelanj”ı isə 2016-2017-ci illər mövsümündə Çempionlar Liqasının ikinci təsnifat mərhələsində mübarizədən kənarlaşdırıb - (2:0, 1:1).

Bu arada Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsindəki oyunlarının təqvimi müəyyənləşib.

Avropa Liqası, qrup mərhələsi

I tur

19 sentyabr

"Qarabağ" - "Sevilya" 

II tur

3 oktyabr

“Düdelanj” - "Qarabağ"

III tur

24 oktyabr

"Qarabağ" - APOEL 

IV tur

7 noyabr

APOEL - "Qarabağ"

V tur

28 noyabr

"Sevilya" - "Qarabağ"

VI tur

12 dekabr

"Qarabağ" - “Düdelanj”