logo

Gürcüstanda Sülh Forumu keçiriləcək

21:17 30-08-2019 | icon 2660
Gürcüstanda Sülh Forumu keçiriləcək

2020-ci ilin yazında Gürcüstanın paytaxtında Sülh Forumu keçiriləcək.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə Gürcüstanın baş naziri Mamuka Baxtadze məlumat verib. Onun sözlərinə görə, Gürcüstanın məqsədi ölkələrə bu günə qədər istifadə olunmamış imkanlardan yararlanmağa şərait yaratmaqla bütün bölgədə sülh və sabitliyə töhfə verməkdir.

Xatırladaq ki, Tbilisi son illər bir neçə mötəbər beynəlxalq tədbirə ev sahibliyi edib.