logo

Bakıda Türkiyənin Zəfər bayramı rəsmi qəbulla qeyd edilib

20:21 30-08-2019 | icon 357
Bakıda Türkiyənin Zəfər bayramı rəsmi qəbulla qeyd edilib

Avqustun 30-da Türkiyənin Azərbaycandakı səfirliyində qardaş ölkənin Zəfər bayramı münasibətilə rəsmi qəbul təşkil edilib.

YeniAvropa xəbər verir  ki, tədbirdə rəsmi şəxslər, Milli Məclisin üzvləri, iş adamları və KİV nümayəndələri iştirak ediblər.  

Tədbir Azərbaycanın və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Səfir Erkan Özoral Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın 30 avqust - Zəfər bayramı münasibətilə təbrik məktubunu oxuyub.

Diplomat türk xalqının və Türkiyə Silahlı Qüvvələrinin Mustafa Kamal Atatürkün rəhbərliyi ilə 1922-ci il avqustun 30-da tarixi zəfər qazandığını bildirib. Qeyd edilib ki, bu böyük zəfər türk millətinin sarsılmazlığının və möhkəm iradəsinin nümunəsidir. Bütün bunların nəticəsi olaraq bugünkü Türkiyə dövləti meydana gəlib. Ötən illər ərzində Türkiyənin bir çox sınaqlardan keçdiyini deyən səfir qardaş ölkənin hər cür çətinliklərin öhdəsindən gələ biləcək gücə malik olduğunu vurğulayıb.