logo

“Azərkosmos” dünyanın 22 ölkəsinə xidmət ixrac edib

16:55 30-08-2019 | icon 2821
“Azərkosmos” dünyanın 22 ölkəsinə xidmət ixrac edib

2019-cu ilin yanvar-iyul aylarında “Azərkosmos” ASC tərəfindən dünyanın 22 ölkəsinə 25,5 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib.

 YeniAvropa xəbər verir  ki, bu barədə İqtisadi İslahatlar Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Ramin Hüseyn bildirib.

“Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 89 faizini təşkil edib. 2019-cu ilin iyulunda isə ASC tərəfindən dünyanın 21 ölkəsinə 6,9 milyon ABŞ dolları dəyərində xidmət ixrac olunub.

“Azərkosmos”un 2019-cu ilin yanvar-iyul aylarında xidmət ixracı həyata keçirdiyi əsas ölkələr ABŞ, Fransa, Malayziya, Birləşmiş Krallıq, BƏƏ-dir”, - deyə o əlavə edib.