logo

İlham Əliyev Qırğızıstan prezidentini təbrik edib

17:27 30-08-2019 | icon 252
İlham Əliyev Qırğızıstan prezidentini təbrik edib

Prezident İlham Əliyev Qırğız Respublikasının prezidenti Sooronbay Jeenbekova təbrik məktubu ünvanlayıb. 

YeniAvropa xəbər verir  ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb. Məktubda deyilir:

"Hörmətli cənab prezident,

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Əminəm ki, Azərbaycan ilə Qırğızıstan arasındakı ənənəvi dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın iradəsinə uyğun olaraq daim inkişaf edəcək və genişlənəcəkdir.

Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, qardaş Qırğızıstan xalqına sülh və rifah diləyirəm".