Ukrayna Ali Radası bu gün keçirilən iclasında Nazirlər Kabinetinin yeni tərkibini təsdiqləyib.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, deputatlardan 281 nəfər yeni hökumətin lehinə səs verib.
Yeni hökumətə daxildir:
Dmitriy Kuleba – Ukraynanın Avropa və Avroatlantiq inteqrasiyası üzrə baş nazirin müavini
Mixail Fedorov – rəqəmsal transformasiyası üzrə baş nazirin müavini
Timofey Milovanov – iqtisadiyyat, ticarət və kənd təsərrüfatı inkişafı naziri
Oksana Markarova – maliyyə naziri
Aleksey Orjel – enerji və ətraf mühitin qorunması naziri
Vladislav Krikliy – infrastruktura naziri
Alena Babak – Ukraynanın əraziləri və icmaları naziri
Anna Novosad – elm və təhsil naziri
Zoryana Skaletskaya – səhiyyə naziri
Vladimir Borodyanskiy – mədəniyyət, gənclər və idman naziri
Yuliya Sokolovskaya – sosial siyasət naziri
Arsen Avakov – daxili işlər naziri
Oksana Kolyada – veteranlar, Ukraynanın müvəqqəti işğal edilmiş əraziləri və məcburi köçkünlər üzrə nazir
Dmitriy Dubilet – Ukrayna Nazirlər Kabinetinin naziri
Denis Malyuska – ədliyyə naziri
Qeyd edək ki, bundan öncə Vadim Pristayko xarici işlər, Andrey Zaqorodnyuk müdafiə naziri, İvan Bakanov isə təhlükəsizlik Xidmətinin rəhbəri təyin olunub.