logo

“Qarabağ” tarix yazdı: 6-cı dəfə avrokuboklarda qrup mərhələsinə yüksəldi

22:09 29-08-2019 | icon 2891
“Qarabağ” tarix yazdı: 6-cı dəfə avrokuboklarda qrup mərhələsinə yüksəldi

Avqustun 29-da Ağdamın “Qarabağ” komandası UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Şimali İrlandiyanın “Linfild” komandası ilə cavab görüşü keçirib.

YeniAvropa xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən qarşılaşma Ağdam təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Beləliklə, “Qarabağ” komandası iki oyunun nəticəsinə görə (2:3, 2:1) UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.

Qarşılaşmanın ilk dəqiqələrindən rəqibin qapısını təzyiq altında saxlayan “Qarabağ” bir neçə dəfə hesabı açmağa yaxın olub. Görüşün 6-cı dəqiqəsində Xayme Romeo komandasının ilk qolunu vurub - 1:0.

Matçın 88-ci dəqiqəsində “Qarabağ” hesab arasındakı fərqi iki topa çatdırıb. Oyuna yenicə daxil olmuş Qara Qarayevin ötürməsini Abdulla Zubir qola çevirib. Lakin əsas vaxta əlavə edilmiş dəqiqələrdə Şayne Laveri buraxılmış toplardan birinin əvəzini çıxsa da, bu, komandamızın növbəti mərhələyə çıxmasına mane olmayıb.

Xatırladaq ki, Qurban Qurbanovun yetirmələri altıncı dəfə avrokubokların qrup mərhələsinə yüksəlib.