logo

Hindistan Rusiyadan "S-400" alan dördüncü ölkə oldu

12:13 29-08-2019 | icon 224
Hindistan Rusiyadan "S-400" alan dördüncü ölkə oldu

Hindistan "S-400" zenit-raket kompleksləri üçün Rusiyaya avans ödəyib

 YeniAvropa  Rusiya KİV-lərinə istinadla birdirir ki, bu barədə ölkənin Hərbi-texniki Əməkdaşlıq üzrə Federal Xidməti məlumat yayıb.  Məlumatda bildirilir ki, bu məsələ artıq nizamlanıb və obyektiv səbəbdən tərəflər arasındakı razılaşmanın texniki detallar açıqlanmır.

Beləliklə, Hindistan Belarus, Çin və Türkiyədən sonra “Triumf” zenit-raket kompleksləri alan dördüncü ölkə olacaq.

Xatırladaq ki, uzaq məsafəli zenit-raket sistemi - "S-400 Triumf” (NATO kodifikasiyasına görə "SA-21" Growler) 2007-ci ildə Rusiyada silahlanmaya qəbul olunub. O, aviasiya vasitələrini, qanadlı raketləri, o cümlədən orta təsir radiuslu ballistik raketləri, həmçinin yerüstü obyektləri məhv etmək üçün nəzərdə tutulub. Hərəkət məsafəsi 400 kilometrdə çatan zenit-raket sistemi hədəfi 30 kilometrədək hündürlükdə vura bilir.