logo

Lənkərandakı ağır avtoqəzada 1 nəfər ölüb, 23 nəfər yaralanıb

22:38 28-08-2019 | icon 4333
Lənkərandakı ağır avtoqəzada 1 nəfər ölüb, 23 nəfər yaralanıb

Avqustun 28-də axşam saat 18 radələrində Lənkəran rayonunun Bəliton kəndində ağır yol-nəqliyyat hadisəsi baş verib.

YeniAvropa xəbər verir  ki,  “PAZ” markalı sərnişin avtobusunun əyləcində olan nasazlıq səbəbindən nəqliyyat vasitəsi yoxuşdan geriyə gedərək yaşayış evinin həyətinə aşıb. Avtobusun sürücüsü, 1957-ci il təvəllüdlü Ələmdar Ağayev hadisə yerində ölüb, 23 nəfər isə müxtəlif növ bədən xəsarətləri alıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunublar. Yaralılar təcili tibbi yardım və kənd sakinlərinin maşınlarının köməyilə Lənkəran rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Xəstəxananın qəbul şöbəsindən verilən məlumata görə, yaralılardan 22 nəfəri travmatologiya şöbəsinə, 1 nəfər qadın isə ağır vəziyyətdə olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.