logo

İran Azərbaycana yeni baş konsul tətin edib

19:51 28-08-2019 | icon 2296
İran Azərbaycana yeni baş konsul tətin edib

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinin rəisi səfir Pərvin Mirzəzadə İran İslam Respublikasının ölkəmizdə yeni təyin edilmiş baş konsulu Seyid Əhməd Hüseyni ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən  YeniAvropa-ya bildiriblər ki, görüş zamanı Seyid Əhməd Hüseyni baş konsul təyinatı ilə əlaqədar patent sənədini Pərvin Mirzəzadəyə təqdim edib.

Pərvin Mirzəzadə baş konsul Seyid Əhməd Hüseyniyə gələcək fəaliyyətində uğurlar arzulayıb.

Söhbət zamanı Azərbaycan ilə İran arasında mövcud olan dostluq və mehriban qonşuluq münasibətləri müzakirə edilib.

Görüşdə İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cavad Cahangirzadə də iştirak edib.