logo

Bərdədə çətənə bitkisi yetişdirən şəxs saxlanılıb

17:25 28-08-2019 | icon 2513
Bərdədə çətənə bitkisi yetişdirən şəxs saxlanılıb

Kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkarlanması və bu qanunsuz fəaliyyətlə məşğul olan şəxslərin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tədbirlər uğurla davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan  YeniAvropa-ya verilən məlumata görə, polis əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində çətənə bitkisi yetişdirməkdə şübhəli bilinən Bərdə şəhər sakini Musa Mehdiyev saxlanılıb. Onun yaşadığı ünvana baxış keçirilən zaman evin həyətində aqrotexniki qaydada qulluq etdiyi 23 çətənə bitkisi və 7 kiloqrama yaxın qurudulmuş marixuana aşkarlanaraq götürülüb. Axtarış zamanı, həmçinin 16 kalibrli tüfəng, Kalaşnikov avtomatının iki sandıqçası və müxtəlif növ 58 patron götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.