logo

100 gün: Vladimir Zelenskinin ölkədə reytinqi yüksəlir

15:09 28-08-2019 | icon 3122
100 gün: Vladimir Zelenskinin ölkədə reytinqi yüksəlir

Prezidentlik fəaliyyətinin ilk 100 günlüyündən sonra Ukrayna dövlətinin başçısı Vladimir Zelenskinin reytinqi yüksək olub. 

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, Demokratik Təşəbbüs Fondu və Kiyev Beynəlxalq İnstitutunun birgə apardığı rəy sorğu əsasında Zelenskinin Ukrayna vətəndaşlarının 70 faizinin etimadını qazandığı açıqlanıb.

Bu göstərici Ukraynanın bütün prezidentlərinin reytinqindən yüksəkdir. Rəy sorğusuna əsasən Ukrayna prezidentinin komandasına isə 63 faiz etimad göstərir.

Əhalinin dövlət başçısından əsas gözləntiləri isə Ukrayna ərazisində münaqişənin həlli (71,5 faiz), əməkhaqqı və pensiyanın artırılması (44 faiz), tariflərin aşağı salınmasıdır (31 faiz).