logo

Bakıda beynəlxalq konfransda kölgə iqtisadiyyatından danışacaqlar

14:49 28-08-2019 | icon 2947
Bakıda beynəlxalq konfransda kölgə iqtisadiyyatından danışacaqlar

Sentyabrın 13-də Bakıda Azərbaycan Respublikasının Vergilər Nazirliyi, İqtisadçılar İttifaqı və Auditorlar Palatasının birgə təşkilatçılığı ilə “Kölgə iqtisadiyyatına qarşı mübarizə - iqtisadi inkişafın mühüm amili kimi” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçiriləcək.

YeniAvropa xəbər verir  ki, bu barədə konfransın Təşkilat Komitəsinin üzvü, Azərbaycan Respublikası Auditorlar Palatasının sədri, professor Vahid Novruzov məlumat verib. 

Onun sözlərinə görə, konfransda 10-a yaxın ölkənin nümayəndələrinin - kölgə iqtisadiyyatı üzrə görkəmli alimlərin, vergi, audit, hesabatlılıq və mühasibatlıq üzrə mütəxəssislərin, beynəlxalq peşəkar qurumların, ölkəmizin dövlət və qeyri-hökumət təşkilatlarını, özəl sektoru, elmi-tədqiqat institutlarını təmsil edən 60-dan çox qurumdan 150-dək nümayəndənin iştirakı gözlənilir.

Konfransda 30-a yaxın məruzə dinlənilib müzakirə olunacaq.