logo

27 yaşlı azərbaycanlını “İnterpol” axtarır

13:57 28-08-2019 | icon 2485
27 yaşlı azərbaycanlını “İnterpol” axtarır

Beynəlxalq Polis Təşkilatı (İnterpol) Azərbaycan vətəndaşı Elnur Rəcəboğlu barəsində beynəlxaq axtarış elan edib.

YeniAvropa xəbər verir  ki, bu barədə "İnterpol"un saytında məlumat yerləşdirilib.  1992-ci ildə Qax rayonunun Güllük kəndində anadan olan E.Rəcəboğlu terror qruplaşmasına dəstək verməkdə təqsirləndirilir.

Onunla bağlı Azərbaycanın istintaq orqanı cinayət işi başlasa da, həmin şəxs istintaqdan yayınıb. Məhkəmə E.Rəcəboğlu barədə həbs qətimkan tədbirinin seçilməsinə dair qərar verib.

"İnterpol" həmin qərar əsasında beynəlxalq axtarış elan edib.