logo

Xızıda meşəlik ərazidə çətənə kolları aşkarlanıb

10:50 28-08-2019 | icon 2625
Xızıda meşəlik ərazidə çətənə kolları aşkarlanıb

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən yabanı halda bitən narkotik tərkibli bitkilərin aşkarlanması istiqamətində uğurlu əməliyyat tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən YeniAvropa-ya verilən məlumata görə, Xızı rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində rayonun Altıağac qəsəbəsində yerləşən meşəlik ərazidə yabanı halda bitmiş 267 ədəd çətənə kolu aşkar olunub. Həmin narkotik tərkibli bitkilər çıxarılaraq yandırılıb.

Faktla bağlı Xızı RPŞ-də araşdırma aparılır.