logo

Paytaxtın bir hissəsində bu gün qaz olmayacaq

10:10 28-08-2019 | icon 2541
Paytaxtın bir hissəsində bu gün qaz olmayacaq

Avqustun 28-də səhər saat 08:00-dan Tbilisi prospektində istismarı dayandırılmış qaz xəttinin ləğvi və yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəyə qoşulması işləri icra olunacaq.

“Azəriqaz” İB-dən  YeniAvropa -ya bildirilib ki, bununla əlaqədar olaraq 1 və 2-ci Alatavada, Tbilisi və H.Əliyev prospektində, Nəsimi, Yasamal və Nərimanov rayonlarında, eləcə də bəzi tibb müəssisəsi və digər yerlərdə bir qrup abonentin qaz təchizatı dayandırılıb.