logo

İtaliyanın “Eni” şirkəti Nigeriyada  nəhəng qaz yatağı aşkarlayıb

21:15 27-08-2019 | icon 2975
İtaliyanın “Eni” şirkəti Nigeriyada  nəhəng qaz yatağı aşkarlayıb

İtaliyanın “Eni” neft-qaz şirkətinin Nigeriyadakı “NAOC” filialı Niger çayının deltasındakı “Obiafu-Obrikom” yatağının dərin hissəsində iri qaz və kondensat yatağı aşkarlayıb.

YeniAvropa İtaliya mətbuatına istinadla xəbər verir  ki,  yatağın dərin qatlarında qaz ehtiyatları 1 trilyon kubfut və səmt kondensatı ehtiyatları 60 milyon barrel təşkil edi”. Məlumatda aşkarlanmış yatağın əlavə potensialının olduğu və onun gələcəkdə qiymətləndiriləcəyi bildirilir.

Şirkətin qiymətləndirməsinə görə, “Obiafu-41” quyusu vasitəsilə gündə 100 milyon kubfutdan çox qaz və 3 min barrel kondensat çıxarmaq mümkündür. Qeyd olunur ki, “NAOC” qazın hasilatının artırılması üçün quyunun istismarına dərhal başlayır.

Xatırladaq ki, təbii qaz ehtiyatlarına görə Nigeriya Afrika ölkələri arasında birinci, dünyada isə doqquzuncu yer tutur. “Eni” şirkəti Nigeriyada 1962-ci ildən fəaliyyət göstərir. 

Qeyd edək ki, İtaliyanın “ENİ” qrupu Azərbaycanın enerji sektoruna 1995-ci ildən etibarən cəlb olunub  "ENİ" şirkəti "Bakı-Tbilisi-Ceyhan" əsas ixrac neft boru kəməri konsorsiumunda 5% paya sahibdir.