logo

Bakı-Məşhəd və Bakı-Kərbəla avtobus marşrutları istismara verilir

19:15 27-08-2019 | icon 2905
Bakı-Məşhəd və Bakı-Kərbəla avtobus marşrutları istismara verilir

Yaxın günlərdə Bakı-Məşhəd və Bakı-Tehran-Kərbəla avtobus marşrutları istismara veriləcək.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu sözləri İranın Yollar və Şəhərsalma Nazirliyinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Mənüçöhr Salmanzadə jurnalistlərə müsahibəsində deyib. Onun söözlərinə görə, həmin marşrut üzrə qarşılıqlı olaraq həm İran, həm də Azərbaycan şirkətlərinə məxsus avtobuslar hərəkət edəcək.

M.Salmanzadə bildirib ki, qarşılıqlı razılaşmaya əsasən Azərbaycan ərazisindən tranzit kimi istifadə edən yük maşınlarının rahatlığı təmin ediləcək. İlk növbədə, gömrük rəsmiləşdirilməsi və yüklərin daşınması üçün rüsum ödənilməsi asanlaşacaq.

Ötən ay Bakıya etdiyi səfəri xatırladan M.Salmanzadə qeyd edib ki, səfər çərçivəsində faydalı görüşlər keçirib. Bu görüşlərin və əldə edilən razılaşmalara əsasən iki yaxın qonşu və dost dövlətlər arasında nəqliyyat sahəsində əməkdaşlıq əlaqələri daha da genişlənəcək, hər iki dövlətin turizmin sektorunun inkişafına əhəmiyyətli təkan verəcək.