logo

Rusiya prezidenti azərbaycanlı jurnalisti medalla təltif etdi

18:59 27-08-2019 | icon 2744
Rusiya prezidenti azərbaycanlı jurnalisti medalla təltif etdi

Prezident Vladimir Putin soydaşımız, Rusiya Jurnalistlər İttifaqının katibi Rafael Hüseynovu ikinci dərəcəli “Vətən qarşısında xidmətlərə görə” medalı ilə təltif edib.

Rafael Hüseynov 1949-cu ildə Bakıda anadan olub. Bakı Dövlət Universitetinin tarix fakültəsində, Paris Sorbon Universitetində təhsil alıb. “Molodyoj Azerbaydjana”, “Komsomolskaya pravda”, “Trud” və digər qəzetlərdə, ölkəmizin Rusiyadakı səfirliyində işləyib. Rusiyanın Əməkdar mədəniyyət işçisidir.