logo

Qazaxıstanın milli valyutası ucuzlaşmaqda davam edir

17:50 27-08-2019 | icon 273
Qazaxıstanın milli valyutası ucuzlaşmaqda davam edir

Qazaxıstan milli valyutası tengə ABŞ dollarına nisbətdə ucuzlaşmaqda davam edir.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, hazırda Qazaxıstanın valyutadəyişmə məntəqələrində 1 dollar 387,83 tengeyə satılır.

Bəzi mübadilə məntəqələrində dollar hətta 388-389 tengeyə təklif olunur.

Avqustun 27-də Qazaxıstan Fond Birjasının səhər və gündüz sessiyalarının yekununda ABŞ dollarının ortaçəkili məzənnəsi 1 dollar üçün 387,55 tenge təşkil edib.