logo

Rüstəm Orucov dünya çempionatında finala yüksəlib

15:30 27-08-2019 | icon 2996
Rüstəm Orucov dünya çempionatında finala yüksəlib

Yaponiyanın paytaxtı Tokioda cüdo üzrə dünya çempionatı davam edir.

 YeniAvropa xəbər verir ki, çempionatın üçüncü günündə qadınlar 57, kişilər isə 73 kiloqram çəki dərəcəsində mübarizə aparırlar.

Kişilərin yarışında iki cüdoçumuz mübarizəyə qoşulub. Təmsilçimiz Rüstəm Orucov belaruslu Vadim Şoka, Yunanıstan təmsilçisi Georgios Markarian, kanadalı Konstantin Qabun və israilli Tohar Butbulu məğlub edərək yarımfinala yüksəlib. Finala gedən yolda R.Orucovun rəqibi komanda yoldaşı Hidayət Heydərov olub.

H.Heydərov isə yarımfinaladək macarıstanlı Frigies Szabo, Rusiya cüdoçusu Musa Moquşkov, Böyük Britaniya idmançısı Erik Ham və tacikistanlı Behruzi Xojazodan üstün olub. Cüdoçularımızın duelindən R.Orucov qalib ayrılaraq finala yüksəlib. Qızıl medal uğrunda görüşdə cüdoçumuzun rəqibi “Rio 2016” Yay Olimpiya Oyunlarının qalibi yaponiyalı Şohei Ono olacaq. H.Heydərov isə bürünc medal uğrunda görüşdə Tacikistan idmançısı Somon Maxmadbekov ilə üz-üzə gələcək.

Qadınların yarışında çıxış edən idmançımız İçinxorloo Munxtsedev ilk görüşdə panamalı Miryam Roperə uduzaraq mübarizəni dayandırıb.

Qeyd edək ki, dünya çempionatının ilk iki günündə yarışan altı cüdoçumuz mübarizəni medalsız başa vurub.