logo

İran prezidenti Donald Trapmla görüşdən imtina etdi 

13:46 27-08-2019 | icon 2954
İran prezidenti Donald Trapmla görüşdən imtina etdi 

İran prezidenti Həsən Ruhani ABŞ prezidenti Donald Trampın onunla görüşmək istəyində olması barədə səsləndirdiyi fikrə münasibət bildirib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, Həsən Ruhani heç bir görüşün olmayacağını bildirib. O deyib ki, gərgin vəziyyətdən çıxış yolunun açarı Vaşinqtondadır. ABŞ-ın İrana qarşı tətbiq etdiyi qanunsuz, antihumanist sanksiyalar aradan qalxmayınca heç bir danışıqdan söhbət gedə bilməz.

Xatırladaq ki, Fransada "G7" ölkələrinin dövlət başçılarının görüşünün nəticələri haqqında avqustun 27-də Fransada mətbuat konfransı keçirən Donald Tramp İran prezidenti ilə görüşüb yaranmış gərgin vəziyyəti müzakirə etmək niyyətində olduğunu bildirib.