logo

Keçmiş məhkum paytaxtda avtomobil qaçırdı

12:55 27-08-2019 | icon 266
Keçmiş məhkum paytaxtda avtomobil qaçırdı

Paytaxtın Nizami Rayon Polis İdarəsinin 24-cü polis şöbəsinə avqustun 26-da B.Nuriyev küçəsindən A.Rəhimova məxsus “VAZ-2104” markalı avtomobilin qaçırılması barədə müraciət daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  YeniAvropa-ya bildiriblər ki, müraciətlə əlaqədar dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb.

Görülmüş tədbirlərlə həmin nəqliyyat vasitəsi həmin gün Salyan-Biləsuvar yolunun 54-cü kilometrliyində Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb. Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Masallı rayon sakini, əvvəllər məhkum olunmuş T.Ağazadə avtomobillə birgə aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.