logo

FHN 4 rayonda meşə yanğınlarının söndürüldüyünü xəbər verib

12:09 27-08-2019 | icon 2380
FHN 4 rayonda meşə yanğınlarının söndürüldüyünü xəbər verib

Qəbələ, İsmayıllı, Qusar, Bərdə və Ağsu rayonlarının ərazilərində baş verən yanğınların qarşısı tam alınıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən  YeniAvropa-ya bildiriblər ki, Qəbələ rayonunun Solquca, İsmayıllı rayonunun Pirəbülqasım, Qusar rayonunun Cibir, Bərdə rayonunun Cumalar, Ağsu rayonunun Kəndaxan kəndləri ərazilərində meşə və meşəətrafı zonalarda baş vermiş yanğınlar bu qurumun müvafiq qüvvələri tərəfindən tam söndürülüb.