logo

Bakıda “Eternity-2019”  üçtərəfli hərbi təlimi keçiriləcək

11:48 27-08-2019 | icon 259
Bakıda “Eternity-2019”  üçtərəfli hərbi təlimi keçiriləcək

Sentyabrın 2-də Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan hərbi qulluqçularının iştirakı ilə “Eternity-2019” kompüter dəstəkli komanda-qərargah təlimi başlayacaq.

YeniAvropa Müdafiə Nazirliyi mətbuat xidmətinə istinadla birdirir ki,  Silahlı Qüvvələrin Hərb Oyunları Mərkəzində və səhra şəraitində keçiriləcək, nəzəri və praktiki hissədən ibarət təlimdə üç ölkənin hərbi bölmələri və aidiyyəti dövlət qurumlarının nümayəndələri regional iqtisadi layihələrin mühafizəsinin təşkili üzrə tapşırıqları yerinə yetirəcəklər.

Təlim sentyabrın 6-dək davam edəcək.