logo

Gəncədə də  taxta bazarı yandı

10:10 27-08-2019 | icon 2324
Gəncədə də  taxta bazarı yandı

Fövqəladə Hallar Nazirliyi (FHN) Gəncə şəhərinin Kəpəz rayonunda taxta bazarında baş verən yanğınla bağlı məlumat yayıb.

FHN-dən  YeniAvropa-ya bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə, saat 00:40-da Gəncə şəhərinin Kəpəz rayonunda taxta bazarında yanğın olması barədə məlumat daxil olub. Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə yerinə ilkin çatan Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə bölmələri tərəfindən yanğının miqyası nəzərə alınaraq 2 saylı çağırış elan edilib.

Yanğın nəticəsində ümumi sahəsi 2 ha olan “Daşqın” inşaat materialları bazarının ərazisində ümumi sahəsi 1400 m² olan talvarın yanar konstruksiyaları, altına yığılmış 15 ədəd taxtakəsən dəzgah və 100 m² sahədə avtomobil ehtiyat hissələri yanıb. Yaxınlıqdakı digər satış obyektləri yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən saat 01:16-da söndürülüb.