logo

FHN: Ağsuda dağlıq ərazidə baş verən yanğın söndürülüb

23:30 26-08-2019 | icon 2534
FHN: Ağsuda dağlıq ərazidə baş verən yanğın söndürülüb

Avqustun 25-də Ağsu rayonunun Kəndaxan kəndinin yaxınlığında dağlıq ərazidə baş vermiş yanğın söndürülüb.

Fövqəladə Hallar Nazirliyindən YeniAvropa-ya bildiriblər ki, yanğının qarşısı nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə bölmələri tərəfindən alınıb. Yanğın nəticəsində dağlıq ərazidə 10 hektar sahədə kol-kos, ağaclar və qurumuş ağacların kötükləri yanıb.

Meşə ərazisinin qalan hissəsi yanğından mühafizə olunub.