logo

İsmayıllıda meşə yanğını söndürülüb

21:32 26-08-2019 | icon 2485
İsmayıllıda meşə yanğını söndürülüb

Avqustun 25-də İsmayıllı rayonunun Pirəbülqasım kəndinin yaxınlığında dağlıq meşə ərazisində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə bölmələri, Mülki Müdafiə Qoşunlarının şəxsi heyəti və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları tərəfindən söndürülüb.

FHN-dən YeniAvropa-ya bildiriblər ki, yanğın nəticəsində dağlıq ərazidə 40 hektar sahədə kol-kos, ağaclar və qurumuş ağacların kötükləri yanıb.

Meşə ərazisinin qalan hissəsi yanğından mühafizə olunub.