logo

İlham Əliyev Moldova prezidentini təbrik edib

19:17 26-08-2019 | icon 2569
İlham Əliyev Moldova prezidentini təbrik edib

Prezident İlham Əliyev Moldova Respublikasının prezidenti İqor Dodona təbrik məktubu ünvanlayıb. 

YeniAvropa xəbər verir  ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb. Məktubda deyilir:

"Hörmətli cənab prezident.

Milli bayramınız – Müstəqillik Günü münasibətilə Sizi və bütün Moldova xalqını səmimi qəlbdən təbrik edirəm.

Əminəm ki, Azərbaycan ilə Moldova arasındakı ənənəvi dostluq münasibətləri, ölkələrimizin ikitərəfli və çoxtərəfli əsasda əməkdaşlığı xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcəkdir.

Sizə möhkəm cansağlığı və uğurlar, dost Moldova xalqına isə sülh və tərəqqi diləyirəm".