logo

Xorvatiya millisi Azərbaycana səfər öncəsi itki ilə üzləşib

18:55 26-08-2019 | icon 2940
Xorvatiya millisi Azərbaycana səfər öncəsi itki ilə üzləşib

Futbol üzrə Xorvatiya millisi “Avro 2020”nin seçmə mərhələsi çərçivəsində Azərbaycan ilə oyun öncəsi itki ilə üzləşib.

YeniAvropa xəbər verir ki, Almaniyanın “Hoffenhaym” komandasında çıxış edən Andrey Kramariç zədələnib və yaxın vaxtlarda futbolçunun əməliyyat olunacağı bildirilir.

Daha öncə Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliç futbolçunu ehtiyat heyətə dəvət etmişdi.

Qeyd edək ki, Azərbaycan-Xorvatiya oyunu sentyabrın 9-da “Bakcell Arena”da keçiriləcək. Matça saat 20:00-da start veriləcək.