logo

Rəcəb Tayyib Ərdoğan sabah Rusiyaya işgüzar səfərə gedəcək

18:21 26-08-2019 | icon 2835
Rəcəb Tayyib Ərdoğan sabah Rusiyaya işgüzar səfərə gedəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan avqustun 27-də Rusiyaya işgüzar səfərə gedəcək.

YeniAvropa "Anadolu" agentliyinə istinadla xəbər verir ki, səfər çərçivəsində iki ölkə başçılarının görüşü olacaq. Tərəflərin ikitərəfli və nümayəndə heyətləri ilə görüşləri də nəzərdə tutulub. Görüşlərdə Türkiyə-Rusiya ikitərəfli əlaqələrinin bütün istiqamətləri müzakirə ediləcək, həmçinin bir sıra regional və beynəlxalq məsələlər haqqında fikir mübadiləsi aparılacaq.

Türkiyə prezidenti dünyanın aparıcı tədbirlərindən olan "MAKS-2019" Beynəlxalq Aerokosmik Sərgisinin açılışında da iştirak edəcək.