logo

Ərdoğan piyada qoşunlarının tezliklə Suriyaya girəcəyi anansunu verdi

17:13 26-08-2019 | icon 2653
Ərdoğan piyada qoşunlarının tezliklə Suriyaya girəcəyi anansunu verdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Silahlı Qüvvələrin piyada qoşunlarının tezliklə Suriyanın şimalına daxil olacağı anansunu verib. 

 YeniAvropa "Anadolu" agentliyinə istinadla xəbər verir ki, Türkiyə prezidenti bu barədə Anadolunun fəthinin ildönümünə həsr olunmuş tədbirdə çıxışı zamanı bildirib.  “Hazırda bizim hərbi və kəşfiyyat pilotlu uçuş aparatlarımız, habelə helikopterlər həmin regionun üzərində uçurlar. Sərhəd bölgəsinə qoşunların göndərilməsi davam edir. Biz tezliklə quru qoşunlarımızın da bu əraziyə girəcəyini gözləyirik”. O əlavə edib ki, Suriyanın şimalında yerləşdiriləcək qoşun hissələri sayəsində Ankara regiondakı vəziyyətə nəzarət edə biləcək və təhlükəsiz zona yaradılması üzrə öz planlarını reallaşdıracaq. Ərdoğan qeyd edib ki, Türkiyənin bu istiqamətdə səyləri artıq öz nəticəsini verir. “Hər hansı əngəllər və regionda hesab çəkmək istəyən başqa güclərin səyləri bizim qarşımızı ala bilməz. Biz toxunulmaz sayılan problemlərin, məsələn, Fəratın şərqində təhlükəsizliyin təmin edilməsi ilə məşğuluq. Suriyanın bu ərazisi kürd silahlı birləşmələrinin nəzarəti altındadır. Onlar Ankara üçün terrorçu və milli təhlükəsizliyimizi təhdid edən qüvvələrdir”, -deyə dövlət başçısı vurğulayıb.

R.T.Ərdoğan qeyd edib ki, Ankara üçün problemin sülh və dialoq yolu ilə həlli prioritet olaraq qalır. Lakin, onun sözlərinə görə, hadisələr başqa istiqamətdə cərəyan edərsə və problemin həlli yubanarsa, o zaman Türkiyə öz planlarını həyata keçirəcək.