logo

Sabahdan "S-400"  ikinci partiyasının Türkiyəyə çatdırılmasına başlanılır

16:20 26-08-2019 | icon 2919
Sabahdan "S-400"  ikinci partiyasının Türkiyəyə çatdırılmasına başlanılır

"S-400" zenit-raket komplekslərinin ikinci batareyasının Türkiyəyə çatdırılması avqustun 27-də başlayacaq.

YeniAvropa "Anadolu" informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Türkiyənin müdafiə naziri Hulusi Akar məlumat verib.

“S-400 zenit-raket komplekslərinin ikinci batareyası sabahdan Türkiyəyə gətirilməyə başlayacaq”, - deyə nazir "NTV" telekanalının efirində bildirib.

Xatırladaq ki, 2017-ci ilin dekabr ayında Türkiyə və Rusiya "S-400 Triumf” zenit-raket komplekslərinin satın alınmasına dair 2,5 milyard dollar həcmində kredit sazişi imzalayıb. "S-400" komplekslərinin ilk batareyasının komponentləri iyulun 12-dən 25-dək bu ölkəyə çatdırılıb.

Qeyd edək ki, Rusiyanın ən yeni hava hücumundan müdafiə sistemlərindən biri olan "S-400" zenit-raket komplekslərinin alınması Türkiyə və ABŞ arasında beynəlxalq qalmaqala səbəb olub. Birləşmiş Ştatlar Ankaradan bu sövdələşməni dayandırmağı və əvəzində ABŞ istehsalı olan “Patriot” zenit-raket komplekslərini almağı tələb edib. Əks-təqdirdə Vaşinqton "F-35" qırıcı təyyarələrinin Türkiyəyə satışının ləngidiləcəyini və ya tamamilə dayandırılacağını istisna etməyib.

Uzaq məsafəli zenit-raket sistemi  "S-400 “Triumf” (NATO kodifikasiyasına görə SA-21 Growler) 2007-ci ildə Rusiyada silahlanmaya qəbul olunub. O, aviasiya vasitələrini, qanadlı raketləri, o cümlədən orta təsir radiuslu ballistik raketləri, həmçinin yerüstü obyektləri məhv etmək üçün nəzərdə tutulub. Hərəkət məsafəsi 400 kilometrdə çatan zenit-raket sistemi hədəfi 30 kilometrədək hündürlükdə vura bilir.

Türkiyə Belarus və Çindən sonra “Triumf” zenit-raket kompleksləri alan üçüncü ölkədir. Yaxın vaxtlarda onlara Hindistan da qoşulacaq.