logo

“Bakcell”dən yenilənmiş “Ulduzum” mobil tətbiqetməsi: eksklüziv endirim və güzəştlərə çıxış imkanı

14:46 26-08-2019 | icon 3122
“Bakcell”dən yenilənmiş “Ulduzum” mobil tətbiqetməsi: eksklüziv endirim və güzəştlərə çıxış imkanı

Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi “Bakcell” şirkəti “Ulduzum” mobil tətbiqetməsini yeniləyib. 

YeniAvropa xəbər verir  ki, “Ulduzum”u yükləmiş “Bakcell” abunəçiləri bu proqramın tərəfdaşlarını asanlıqla tapıb, endirim kodlarını əldə edə, mövcud təkliflər və yeniliklər barədə məlumat ala bilərlər. Həmçinin yeni tətbiqetmə sayəsində istifadəçilər qənaət olunmuş məbləğlər, qoşulduqları kampaniyalar, qazanılan “keşbeklər”, gün ərzində istifadə edilməyən kodlar və digər üstünlüklər barədə məlumat ala biləcəklər. Yeni tətbiqetmə, həmçinin müxtəlif oyunlarda iştirak etmək və hədiyyə qazanmaq imkanı verir.

Yenilənmiş “Ulduzum” mobil tətbiqetməsini “Android” və “iOS” sistemləri ilə çalışan cihazlar üçün “https://apple.co/32yW5j5”, “http://bit.ly/UlduzumApp” linklərdən yükləmək olar.

“Bakcell” şirkəti ölkənin ən genişmiqyaslı loyallıq proqramını həyata keçirməklə öz abunəçilərini eksklüziv endirimlər və güzəştlərlə təmin edir. Artıq 5 ildən çoxdur ki, Azərbaycanda ən uğurlu loyallıq proqramlarından biri hesab olunan “Ulduzum”un geniş tərəfdaş şəbəkəsi 300-dən çox yerli və beynəlxalq tərəfdaşın 500-dən artıq satış və xidmət nöqtəsini özündə birləşdirir.

Bu günə kimi “Ulduzum” loyallıq proqramına 3 milyondan artıq “Bakcell” abunəçisi qoşulub. Proqramın istifadəçiləri populyar restoran və otellər, nüfuzlu geyim, parfümeriya və elektronika mağazaları ilə yanaşı, sağlamlıq, idman və əyləncə mərkəzləri, ən populyar kinoteatrlar, banklar, kitab dükanları, kabel televiziya provayderləri və digər sahələrdə fəaliyyət göstərən tərəfdaşlarımızın təklif etdiyi özəl kampaniyalar və endirimlərdən yararlanmaq imkanına malikdirlər.

Proqram haqqında ətraflı məlumatı “www.ulduzum.az” səhifəsindən almaq mümkündür.