18 mənzili 31 nəfərə satdı ... 10 il həbs cəzası aldı
Bir neçə il bundan öncə MTN əməkdaşlarının Nabrandakı “Qafqaz” istirahət mərkəzində əməliyyat keçirib həbs etdiyi iş adamı Tapdıq Namazov sonradan azadlığa çıxıb ölkəni tərk etsə də yenidən həbs olunaraq hakim önünə çıxarılıb.
YeniAvropa xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluq, mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunan Tapdıq Namazovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, T.Namazov 10 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, Bakı şəhəri ərazisində yerləşən "Omaks-3" MTK-nın rəhbər vəzifəsində çalışmış T.Namazov bir mənzili bir neçə vətəndaşa satıb. Ümumilikdə, 18 nəfərə 31 mənzil satılıb və onlara 568 min manatlıq ziyan dəyib.
T.Namazovun barəsində cinayət işi başlandıqdan sonra ölkəni tərk edib, barəsində axtarış qərarı çıxarılıb və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.
T.Namazov isə məhkəmədə bunu təkzib edib. O bildirib ki, sonuncu dəfə ölkəni 2013-cü ildə tərk edib, bu ilin əvvəlində isə ölkəyə qayıdarkən saxlanılıb. İş adamı ölkədən qaçmadığını, biznesi ilə bağlı ölkə xaricində olduğunu, könüllü ölkəyə qayıtdığını deyib. Təqsirləndirilən şəxs vurğulayıb ki, bu işi onun başına açan şərikləridir: "Bir nəfərin şikayətçi olduğunu dedilər, 50 minə yaxın pul göndərdim, amma iş bağlanmadı. Mən də qayıtdım ki, bu işin nə olduğunu aydınlaşdırım. Məndən şikayət edən də elə şəriklərimin qohumlarıdır".
İfadə verən zərərçəkmişlər 2012-ci ildən mənzil alsalar da, illərdir tikintinin təhvil verilmədiyini, bəzi mənzillərin isə bir neçə nəfərə satıldığını bildiriblər. Həmin vaxt mənzilin kvadratmetrini 600 dollara (o vaxtkı kursla 460 manat) aldıqlarını deyən zərərçəkənlər vurğulayıblar ki, indi həmin məbləğə ev almaq mümkün deyil. Ona görə də ödədikləri pullarının indiki dəyəri ilə geri qaytarılmasını və ya mənzillə təmin olunmalarını tələb ediblər.
T.Namazov isə dəymiş ziyanı bir kvadratmetr üçün 460 manat olmaqla ödəməyə hazır olduğunu söyləyib: "Bu işdə günahım olmadığı halda, pulu qaytarmağa hazıram. Amma sənədləri, qəbzləri mənə versinlər. Bu dəqiqə pulu ödəyib çıxmaq istəyirəm".
T.Namazov Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq), .179.3.2 (külli miqdarda mənimsəmə və ya israfetmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham edilir.
Zərərçəkmişin razılığı olmadan fotosunu KİV-də yayanlar cəzalandırılacaq
Vergi orqanlarının vəzifəli şəxslərinin maaşları artırılır
Sabah Bakıda 29° isti olacaq
“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilir
Yeni il axşamı kafedə tanışlarını öldürən gəncin məhkəməsi başlayır
Rusiya Ukraynanın şəhərlərini bömbalayıb:Ölən və xəsarət alanlar var
Bakıda bədii gimnastika üzrə Dünya Kuboku start götürüb
Rusiyada hərbi təyyarə qəzaya uğrayıb:Pilotlardan biri həlak olub
Bakıda TDT diplomatiya akademiyalarının toplantısı keçiriləcək
Parlamentdə Hesablama Palatasının ötən il üzrə hesabatı dinlənilir
ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasını əngəlləyib
Milli Məclisin iclasında 14 məsələ müzakirəyə çıxarılıb
Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb
İsrail İrana raket zərbəsi endirib
"Xəzər səması-2024" birgə taktiki təlimi keçirilib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 58 nəfər saxlanılıb
Azərbaycan nefti 88,51 dollara satılır
Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb
Sumqayıtda valideynlərini öldürən gənc həbs edilib
UEFA Avropa Liqası: Bütün yarımfinalçılar müəyyənləşib
“Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir
İranlı narkotacirin kuryerində 12 kq marixuana aşkarlanıb
SOCAR “ACWA Power”la "Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcək
Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma ləğv edilir
Azərbaycan ilə Çinin baş prokurorluqları əməkdaşlığı genişləndiriir