logo

İlham Əliyev Allahşükür Paşazadəni “Heydər Əliyev” ordeni ilə təltif edib

10:10 26-08-2019 | icon 287
İlham Əliyev Allahşükür Paşazadəni “Heydər Əliyev” ordeni ilə təltif edib

Prezident İlham Əliyev avqustun 26-da şeyxülislam Allahşükür Paşazadənin təltif edilməsi haqqında 
sərəncam imzalayıb. 

 YeniAvropa xəbər verir  ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.Sərəncamda deyilir: "Azərbaycan Respublikasında dövlət-din münasibətlərinin formalaşması, milli həmrəyliyin və mənəvi-əxlaqi dəyərlərin bərqərar olması sahəsində xüsusi xidmətlərinə görə şeyxülislam Allahşükür Paşazadə “Heydər Əliyev” ordeni ilə təltif edilsin".

Qeyd edək ki, şeyxülislam Allahşükür Paşazadənin bu gün 70 yaşı tamam olur.  

Allahşükür Paşazadə 26 avqust 1949-cu ildə Lənkəran rayonunun Cil kəndində anadan olub. İlk dini təhsilini yerli din adamlarından alıb. 1968-ci ildə Buxarada "Mir-Ərəb" mədrəsəsinə daxil olub və dini təhsilini 1975-ci ildə Daşkənd İslam Universitetində bitirib. 1975-ci ildən Qafqaz Müsəlmanları İdarəsinin məsul katibi, Təzəpir məscidinin axundu, idarə sədrinin müavini olub. 1980-ci ildə Qafqaz Müsəlmanları İdarəsinin sədri seçilib və Şeyx-ül-islam dərəcəsinə yüksəlib. Bakı Dövlət Universitetinin professoru, tarix elmləri doktorudur. 1992-ci il il 7 sentyabrda Çeçenistanın paytaxtı Qroznı şəhərində çağırılan Qafqaz Evi konfransında Azərbaycanın, Dağıstanın, Kabardino-Balkariyanın, Gürcüstanın, İnquşetiyanın, Çeçenistanın, Qaraçay-Çerkesiyanın, Adıgeyin dini xadimləri tərəfindən Qafqaz Xalqlarının Ali Dini Şurasının sədri seçilib. 2003-cü ildə isə şeyxülislamlıq vəzifəsinə ömürlük seçilib.