logo

Türkiyə ordusu İraqın şimalında üç şəhid verib

18:28 25-08-2019 | icon 2618
Türkiyə ordusu İraqın şimalında üç şəhid verib

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında “Pəncə-3” antiterror əməliyyatı zamanı ağır itki ilə üzləşib.

 YeniAvropa xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, “Pəncə-3” antiterror əməliyyatı zamanı PKK terrorçuları ilə qızğın atışma olub. Nəticədə qardaş ölkənin üç hərbçisi şəhid olub, yeddisi yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıb. Bölgədə antiterror əməliyyatı davam edir.