logo

Cüdoçularımız Tokioda dünya çempionatında mübarizəyə başlayıblar

14:29 25-08-2019 | icon 2968
Cüdoçularımız Tokioda dünya çempionatında mübarizəyə başlayıblar

Yaponiyanın paytaxtı Tokio şəhərində cüdo üzrə dünya çempionatı start götürüb.

YeniAvropa xəbər verir  ki, yarışların ilk günü kişilər arasında 60 kiloqram çəkidə mübarizə aparan Davud Məmmədsoy ilk qarşılaşmada Tornik Çjakodeaya (Hollandiya) qalib gəlsə də, sonrakı mərhələdə Khyar Valideyə (Fransa) uduzub. Qadınlar arasında 48 kiloqram çəki dərəcəsində Aişə Qurbanlı ilk görüşündə ukraynalı idmançı Marina Çernyakı mübarizədən kənarlaşdırıb. Cüdoçumuz ikinci qarşılaşmada serbiyalı Milica Nikolicə məğlub olub. Həmin çəkidə digər qadın cüdoçumuz Leyla Əliyeva ilk mərhələdə portuqaliyalı Katerina Kosta ilə qarşılaşma zamanı 3 xəbərdarlıqla tatamini tərk edib.

Dünya çempionatına Azərbaycan komandası 15 cüdoçu ilə qatılıb.

Proqrama əsasən, avqustun 25-dən 31-dək fərdi yarışlar, sentyabrın 1-də isə qarışıq komanda yarışları keçiriləcək.