logo

ABŞ-ın Hörmüz boğazındakı hərbi təyyarələri daşıyan “Avraam Linkoln” gəmisində qəza başa verib

15:47 24-08-2019 | icon 287
ABŞ-ın Hörmüz boğazındakı hərbi təyyarələri daşıyan “Avraam Linkoln” gəmisində qəza başa verib

ABŞ-ın Hörmüz boğazındakı hərbi təyyarələri daşıyan “Avraam Linkoln” gəmisində qəza başa verib.

 YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, "F-18" qırıcı təyyarəsi əməliyyat uçuşundan sonra gəminin göyərtəsinə enərkən əyləc sistemində nasazlıq yaranıb. Vaxtında və yerində dayana bilməyən təyyarə göyərtədəki digər təyyarələrə çırpılıb. Nəticədə 4 "F-18" qırıcı və 1 "E2D" hərbi kəşfiyyat təyyarəsi tamamilə yararsız vəziyyətə düşüb. İnsan itgisi haqqında məlumat verilmir.Qəza nəticəsində ABŞ-ın hərbi dəniz qüvvələrinə 1 milyard dollara yaxın ziyan dəydiyi bildirilir.