logo

İsveçrə şirkətlərinin nümayəndələri Azərbaycana səfər edəcəklər

14:18 24-08-2019 | icon 3038
İsveçrə şirkətlərinin nümayəndələri Azərbaycana səfər edəcəklər

Avqustun 24-dən 28-dək bir sıra İsveçrə şirkətinin nümayəndələri Azərbaycanda səfərdə olacaqlar.

YeniAvropa xəbər verir  ki, bu barədə Azərbaycanın İsveçrədəki səfirliyindən məlumat verilib.Bildirilib ki,  İsveçrənin fındıq idxalı üzrə fəaliyyət göstərən şirkətlərinin Azərbaycanda çoxsaylı görüşləri nəzərdə tutulur. Səfər zamanı İsveçrə şirkətləri azərbaycanlı tərəfdaşları ilə Azərbaycandan İsveçrəyə fındıq idxalı imkanlarını müzakirə edəcəklər.

Nümayəndə heyətinin səfəri Azərbaycan Respublikasının İsveçrə Konfederasiyası və Lixtenşteyn Knyazlığındakı Səfirliyi və Azərbaycan Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasının dəstəyi ilə həyata keçiriləcək.

Dünyanın qabaqcıl şokolad istehsalçılarından biri olan İsveçrə, əsasən şokolad istehsalında istifadə etmək üçün illik 20 min tona yaxın fındıq idxalı həyata keçirir. Qeyd edək ki, 2018-ci il iyunun 25-29-da İsveçrəyə təşkil olunan Azərbaycanın fındıq istehsalı ilə məşğul olan 14 şirkətin nümayəndələrindən ibarət ixrac missiyası çərçivəsində İsveçrənin aparıcı şirkətləri ilə görüşlər təşkil olunmuşdu. Keçirilmiş görüşlərdə Azərbaycandan fındıq alımına ciddi maraq göstərilmiş, İsveçrə şirkətlərinin nümayəndələrinin Azərbaycana səfəri və yerli fındıq istehsalçıları ilə görüşlərinin təşkili barədə razılıq əldə olunmuşdu. 2018-ci ildən etibarən Azərbaycan şirkətləri İsveçrəyə fındıq ixracına başlayıblar.